AZ

Avropa İttifaqı 7 üzv ölkə üçün büdcə intizamı prosesi başladacaq

Bakı. TurkicWorld:

Avropa İttifaqı Komissiyası Fransa və İtaliya da daxil olmaqla 7 üzv ölkəyə büdcə kəsirlərinin yüksək olması səbəbindən intizam prosesinin başlanacağı barədə xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyası üzv ölkələrin iqtisadi vəziyyətləri ilə bağlı tövsiyələri özündə əks etdirən “Avropa Yaz Semestri Paketi” adlı araşdırmasını dərc edib.

Qeyd olunub ki, Komissiya Belçika, Çexiya, Estoniya, İspaniya, Fransa, İtaliya, Macarıstan, Malta, Polşa, Sloveniya, Slovakiya və Finlandiya üçün onların Aİ-nin büdcə kəsiri və dövlət borcu meyarlarına uyğunluğunu qiymətləndirmək məqsədilə xüsusi olaraq hesabat hazırlayıb.

Araşdırmada, normal şəraitdə üzv ölkələrin büdcə kəsirlərinin Ümumi Daxili Məhsulun (ÜDM) 3 %-i, dövlət borclarının isə ÜDM-in 60 %-i keçməməsi lazım olduğu bildirilib.

Məlumat üçün qeyd edək ki, Aİ üzv ölkələri arasında 2023-cü ildə dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkələr 161,9 % ilə Yunanıstan, 137,3 % ilə İtaliya, 110,6 % ilə Fransa, , 107,7 % ilə İspaniya və 105,2 % ilə Belçika siyahıya alınıb.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
turkic.world

6Mənbələr