AZ

Qriqoryan Makronun müşaviri ilə görüşdü

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Bertran Buhvalter və Xarici İşlər Nazirliyinin Kontinental Avropa şöbəsinin müdiri Bris Rokfeyl ilə ikitərəfli münasibətləri müzakirə edib.
BUTA.TV xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb. “Görüşdə Ermənistan-Fransa əməkdaşlığının perspektivləri və çoxtərəfli platformalar məsələlərinə toxunulub”, - məlumatda bildirilib.

Xatırladaq ki, daha öncə Ermənistanın Fransadan 36 ədəd “Sezar” özüyeriyən artilleriya sistemi aldığına dair məlumat yayılmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
8
buta.tv

7Mənbələr