AZ

Payız mövsümündə şimal-qərb bölgəsində 410 mindən çox ağac əkiləcək

Payız

Bakı, 24 oktyabr, AZƏRTAC

Bu ilin payız əkin mövsümündə ölkənin meşə fondu torpaqlarının açıq sahələrində hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 1,5 milyondan artıq ağacın əkilməsi, 25 ton toxumun səpilməsi planlaşdırılır. Artıq torpaq hazırlığı işləri başa çatıb, ərazilər əkinə hazır vəziyyətə gətirilib.

AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib.

Xidmət rəisi ölkənin meşə fondu torpaqlarında bölgələr üzrə əkin planını açıqlayıb:

- Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarının 294,8 hektar meşə fondu ərazisində 135 min 764 ağac;

- Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan rayonlarının 680 hektar meşə fondu torpağında 411 min 562 ağac;

- Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy rayonlarının 348,5 hektar meşə fondu ərazisində 257 min 644 ağac;

- Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Salyan, Kürdəmir, Ağcabədi, Beyləqan, İmişli, Bərdə, Ağdam, Yevlax, Tərtər, Ağdaş, Zərdab, Ucar, Göyçay rayonlarının 473,12 hektar meşə fondu ərazisində 783 min 819 ağac əkiləcək.

“Əkiləcək ağac tingləri Regional Meşə Təsərrüfatı mərkəzlərinin tinglik sahələrində yetişdirilən palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş və digər müxtəlif cinsli ağac tinglərindən ibarət olacaq”, - C.Qəribov qeyd edib.

Seçilən
132
9
azertag.az

4Mənbələr