AZ

Balakəndə 4 ton çətənə kolu məhv edilib

Çəkisi 4 ton olan 4500 ədəd çətənə kolu yandırılaraq məhv edilib
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Gərəkli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, ümumi çəkisi 4 ton olan 4500 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
8
ayna.az

10Mənbələr