AZ

“Şamaxı”dan növbəti legioner transferi baş tutdu

"Şamaxı" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

“Football-plus.az” xəbər verir ki, bölgə klubu növbəti legioner transferini həyata keçirib. Fransalı yarımmüdafiəçi Brahim Konate ilə bir illik müqavilə imzalanıb. Karyerasına Fransanın “Oser” klubunda başlayan Konate vaxtı ilə Fransa U-20 yığmasının üzvü olub. 28 yaşlı futbolçunun son klubu isə İsrailin “Hapoel Afula” olub. 28 yaşlı futbolçu “Nior”, “Fuenlabrada”, “Rayo Mayadahonda”, “Kauno” klublarında da çıxış edib.

Qeyd edək ki, "Şamaxı" bu yay Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rauf Rüstəmli, Rüfət Abbasov və Belajdi Pusini də heyətinə cəlb edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
3
football-plus.az

10Mənbələr