AZ

Sallivan: "Kiyevə verilən "F-16"-lar Ukraynada yerləşdiriləcək"

ABŞ tərəfindən Kiyevə verilən "F-16" qırıcıları Ukrayna ərazisində yerləşdiriləcək.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan PBS telekanalına müsahibəsində bildirib.

“Plan ondan ibarətdir ki, "F-16"-lar Ukraynada yerləşdiriləcək. Prezident Bayden ilə Prezident Zelenskinin imzaladığı ikitərəfli təhlükəsizlik sazişi bu məqamı vurğulayır: biz Ukraynaya bu imkanları əldə etməkdə kömək olmaq istəyirik. Bu vasitələr Ukraynada yerləşdirilməlidir”, - o deyib.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
11
cebheinfo.az

10Mənbələr