AZ

Ağabala Ramazanov karyerasını başa vurdu

Futbol üzrə Azərbaycan milli komandasının sabiq hücumçusu Ağabala Ramazanov futbolçu karyerasını başa vurub.

Arena.az xəbər verir ki, bu barədə 32 yaşlı oyunçu özü sosial şəbəkə hesabında məlumat verib.

O, bu qərarın çox ağır və üzücü olduğunu söyləyib: “Çox ağır və üzücü olsa da, futbolçu kimi karyeramı bitirməyi qərara aldım. Çox sevdiyim futbolu sonlandırmaq məcburiyyətindəyəm. Özümə yeni səhifə açmağın zamanı gəldiyini düşünürəm. Çox ağır zədə almışdım, şükür ki, ailəmin və sevdiklərimin yanındayam. Hər şeyin sonu olduğu kimi, futbol oynamağın da bir sonu var. Azərbaycan millisində və klublarda çıxış etdiyim bütün komanda yoldaşlarıma öz təşəkkürümü bildirirəm, hər kəsə uğurlar!”

Xatırladaq ki, Ramazanovun sonuncu klubu “Səbail” olub. O, karyerası ərzində 2 dəfə – 2018-2020 və 2022-2024-cü illər aralıqlarında “dənizçilər”in formasını geyinib. Hücumçu bu komandanın heyətində ümumilikdə 80 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə edib.

“Neftçi”nin yetirməsi olan Ağabala karyerası ərzində “Xəzər Lənkəran”, “Zirə”, “Sumqayıt”, “Qarabağ” və “İnter”də (indiki “Şamaxı”) də forma geyinib. Azərbaycan U-21 yığmasında da oynamış futbolçu əsas milli komandamızda 18 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
28
arena.az

10Mənbələr