AZ

COP29-un prezidenti: "Bütün fikirləri eşitməli və ümumi həll yolları tapmalıyıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"COP29-a sədrlik edən ölkə olaraq bizim üçün bütün fikirləri eşitmək, konsensusa əsaslanan proqram hazırlamaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün hər kəsin imkanını genişləndirən ümumi həllər tapmalıyıq".
"Report" xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Bakıda "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" mövzusunda keçirilən yüksəksəviyyəli görüşdə deyib.
"Biz COP29-u inklüziv, şəffaf və qərəzsiz keçirməyə can atırıq", - o bildirib.
M.Babayevin sözlərinə görə, COP29 komandası milli iqlim fəaliyyət planları vasitəsilə bütün tərəflərə öz ambisiyalarını yüksəltməyə kömək etmək üçün çalışır.
"Son aylarda komandamız maraqlı tərəflər və müvafiq beynəlxalq təşkilatların rəhbərləri ilə geniş və məzmunlu məsləhətləşmələr aparıb. Biz ümumi iqlim problemimizin nəticələrini aradan qaldırmaq üçün bütün tərəflərin birgə işləməyə sadiq olduqlarını gördük", - M.Babayev vurğulayıb.
Nazir qeyd edib ki, Petersberq İqlim Dialoqu zamanı komanda bu qlobal problemlə mübarizə üçün ambisiya və fəaliyyətin artırılmasına yönəlmiş COP29 üçün bir baxış ortaya qoyub və indi komanda ümumi plandan daha konkret istiqamətlərə keçməyə hazırdır.
"Biz bütün tərəflərə milli iqlim fəaliyyət planları, milli uyğunlaşma planları və şəffaflıq hesabatları vasitəsilə öz ambisiyalarını yüksəltməyə kömək etmək üçün çalışırıq. Bu planlar və hesabatlar ambisiyaya işarə edərək etimadın yaradılmasına kömək edə, həmçinin sərmayələri istiqamətləndirə bilər. Digər tərəfdən, biz iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsində ədalətli və iddialı yeni məqsəd ilə bağlı razılaşma əldə etməklə, 6-cı maddəni yekunlaşdırmaqla, qlobal maliyyə institutlarını gücləndirməklə və iqlim dəyişikliyi ilə mübarizədə özəl sektorun öhdəliklərini təmin etməklə fəaliyyətimizi gücləndirməyə çalışırıq", - nazir deyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
50
oxu.az

10Mənbələr