AZ

ABŞ Rusiyanın viza mərkəzini bağlayır

 ABŞ Vaşinqton və Nyu-Yorkda filialları olan Rusiya viza mərkəzini bağlamaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib. 

“Amerikalılar bizə viza mərkəzinin bağlanması barədə bildiriş göndərdilər və indi Rusiya diplomatlarının və konsullarının çiyinlərinə əlavə bir yük düşür”, - o, bildirib. 

Antonov əmin edib ki, diplomatlar fəaliyyətini davam etdirəcək və öz həmvətənlərinə lazımi hüquqi və konsul dəstəyi göstərəcəklər. Eyni zamanda o, baş verənləri “rus diplomatlarına qarşı növbəti xırda, iyrənc hücum” kimi qiymətləndirib. Səfir etiraf edib ki, Rusiya diplomatik missiyaları ətrafında vəziyyət “həmişə pisləşir”.

Bundan başqa, ABŞ rus diplomatlarını ölkədə vergi ödəməmək imkanından məhrum edib. Vaşinqtondan, səfirin sözlərinə görə, bununla bağlı heç bir izahat verilməyib.

Gülayə Mecid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
50
unikal.az

10Mənbələr