AZ

Azərbaycan güləşçiləri Tatarıstanda altı medal qazanıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan güləşçiləri Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında altı medal qazanıblar.
Oxu.Az xəbər verir ki, sərbəst güləşçilərimizdən Hacımurad Maqomedsəyidov (97 kq) qızıl, Şamil Zubairov (92 kq), Murad Haqverdiyev (65 kq), Orxan Abasov (79 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medal əldə edib.
Bununla da Azərbaycan idmançılarının oyunlarda qazandığı medalların sayı 9-a (2 qızıl, 3 gümüş və 4 bürünc) çatıb.
Xatırladaq ki, iyunun 11-də start götürən yarışda karateçimiz Mədinə Sadıqova (55 kq) bütün rəqiblərinə qalib gələrək yarışın qalibi olub. Avarçəkənimiz Bəhmən Nəsiri və samboçumuz Rəsul Aydəmirov (98 kq) isə bürünc medala sahib olublar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
33
oxu.az

10Mənbələr