AZ

Avro-2024: Portuqaliya fasiləyə üstün yollanıb YENİLƏNİB-2

Bakı, 22 iyun, AZƏRTAC

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyunda birinci hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, komandalar fasiləyə Portuqaliya seçməsinin 2:0 hesablı üstünlüyü ilə yollanıb.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

20:33

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyunda ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, görüşün 29-cu dəqiqəsində Türkiyə millisinin üzvü Samet Akaydın topu öz qapısına göndərib.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

20:25

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyunda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Portuqaliya seçməsinin heyətində Bernardo Silva 22-ci dəqiqədə fərqlənib.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

20:00

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyun başlayıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

Seçilən
132
6
azertag.az

10Mənbələr