AZ

Fransa Maliyyə Naziri:Fransa dövləti borc krizinə girə bilər

“Le Monde” qəzetinə müsahibəsində La Maire erkən ümumi seçkilərdə rəqibləri olan ifrat sağçı Milli Ralli (RN) və solçu Xalq Cəbhəsi ittifaqının iqtisadi vədlərini dəyərləndirib.

RN və ya Xalq Cəbhəsinin seçkilərdə qalib gələcəyi təqdirdə ölkənin iqtisadi böhrana sürüklənəcəyindən narahatlığını ifadə edən Le Maire, "ölkədəki siyasi böhranın iqtisadi və maliyyə böhranına çevrilib-çevriləməyəcəyinin" Fransa xalqının iradəsindən asılı oldu]unu deyib.

Le Maire, RN və Xalq Cəbhəsinin seçkilər çərçivəsində təqdim etdiyi iqtisadi proqramların maliyyə cəhətdən davamlı olmadığını iddia edərək, sözügedən müxalifətin rəqiblərindən birinin seçkidə qalib gəlməsi və tam şəkildə qalib gəlməsi halında Fransanın "borc böhranı"na girəcəyini qeyd edib. 

Fransalı nazir, "Maliyyə hesablarımızı düzəltməli olduğumuz bir vaxtda dövlət xərclərinin qapılarını geniş şəkildə açmaq, Fransanın Brüssel (AB) və Beynəlxalq Valyuta Fondunun himayəsinə verilməsinə səbəb olacaq" qiymətləndirməsini  edib.

Le Maire Fransa prezidenti Emmanuel Makronun parlamenti buraxmaq qərarına münasibət bildirib: “Bu, tək adamın qərarıdır”. O, açıqlama verərkən bildirib ki, parlamentin buraxılacağı barədə ona əvvəlcədən məlumat verilməyib.

Solçu və ekoloq partiyaların yaratdığı Xalq Cəbhəsi alyansı hakimiyyətə gəlsələr, ərzaq, enerji və yanacaq qiymətlərini donduracaqlarını, minimum əmək haqqını 1600 avroya qaldıracaqlarını və mövcud hökumətin mübahisəli islahatlarını ləğv edəcəklərini vəd etmişdilər.

Digər tərəfdən, ifrat sağçı RN partiyası yanacaq və enerji qiymətlərinə ƏDV dərəcəsini 20 faizdən 5,5 faizə endirməyi vəd edib.

İyunun 9-da Fransada keçirilən Avropa Parlamenti (AP) seçkilərində ifrat sağçı Milli Birlik (MN) 31,37 faiz səslə böyük fərqlə birinci, prezident Makronun partiyası Rönesans isə 14,60 faiz səslə ikinci olub. .AP seçkilərinin nəticələrinin açıqlanmasından dərhal sonra Makron parlamenti buraxmaq və 30 iyun-7 iyul tarixlərində növbədənkənar seçkilər təyin etmək qərarına gəldiyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
34
hurriyyet.az

10Mənbələr