AZ

Hövsan çimərliyində balıqların kütləvi tələf olmasına səbəb suyun zəhərli olmasıdır? – AÇIQLAMAVİDEO

Çimərlik ərazisində balıqlar kütləvi şəkildə tələf olur...

Xezerxeber.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb. Görüntülərdə Hövsan çimərliyində cansız kiçik balıqların kütləvi şəkildə sahilə yığıldığını görmək olur. Elə ərazidə çəkiliş apardığımız müddətdə də bunun şahidi olduq.

Zoologiya institutunun Hidrobiologiya üzrə müdiri Süleyman Süleymanov bildirib ki, balıqların kütləvi tələf olmasına səbəb təzyiqlə yanaşı həm də, suyun çirkli olmasıdır.

Paylaşılan görüntülərdə dəniz suyunun zəhərli olması ehtimalı qeyd edilib.

Zooloq Süleyman Süleymanovun sözlərinə görə, dəniz suyunda zəhərli maddənin olması və ya bu maddənin sırf bir ərazidə qalması real deyil.

O ki, qaldı çimərlik suyunun zəhərli olması ehtimalına, ekologiya və təbii sərvətlər nazirliyindən bildirildi ki, dəniz suyundan nümunələr götürülüb. Nəticəsi yaxın günlərdə ictimaiyətə tədim olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
8
xezerxeber.az

10Mənbələr