AZ

Türk və gürcü azarkeşlər arasında matçdan öncə dava - FOTOlar

Gürcüstan və Türkiyə yığmalarının azarkeşləri futbol üzrə Avropa çempionatının oyunu başlamazdan əvvəl stadionda dava salıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı Reuters yayıb.

Türkiyəli azarkeşlərin olduğu hissə qapının arxasında yerləşir. Onun yanında küncdə Gürcüstan millisinin azarkeşləri var. Bəzi azarkeşlər oturacaqlarından atılaraq əlbəyaxa davaya başlayıblar. Hər iki tərəf də bir sektordan digərinə yad əşyalar atıb.

Polisin müdaxiləsindən sonra azarkeşləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda Türkiyə və Gürcüstan yığmaları üz-üzə gələcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
50
milli.az

10Mənbələr