AZ

Kürdəmirdə avtomobil aşıb, 3 nəfər ölüb - YENİLƏNİB

Kürdəmirdə baş verən qəzada 3 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Cəyli kəndində baş verib. "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə Ceyhun Ağanəzər oğlu Xanəliyev, Toğrul Hikmət oğlu Xanəliyev və Süleyman Qarakişi oğlu Əhmədov ölüblər. Əflatun Əflan oğlu Umudov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

18:50

Kürdəmirdə avtomobil aşıb.

APA xəbər verir ki, hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. İlkin məlumata görə, hadisə nəticəsində avtomobildə olan 3 nəfər hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
50
apa.az

10Mənbələr