AZ

Bakı Piano Festivalı ədəbi müsabiqəsinin nəticələri məlum olub - FOTO

Landmark Baku-da "Fortepiano üçün etüd" Bakı Piano Festivalının ədəbi müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Müsabiqənin məqsədi ədəbi əsərdə canlı musiqi obrazı yaratmaq və ədəbiyyatda musiqi mövzusunu populyarlaşmasıdır.

İştirakçıların əsərlərini münsiflər heyətinin üzvləri qiymətləndiriblər: Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru və sədri Anna İbrahimbəyova, Azərbaycan Yazıçılar birliyinin üzvü Aleksandr Xakimov, NG Creators Club direktoru Natiq Əliyev, Bakı Piano Festival-ının media koordinatoru Rüstəm Hüseynov.

Tədbir zamanı münsiflər heyəti müsabiqə iştirakçılarının bəyəndikləri əsərləri qeyd edib, onların seçim meyarlarından danışıb, bütün iştirakçılara uğurlar və yaradıcılıq uğurları arzulayıblar.

Müsabiqənin qalibi "Qiymət" hekayəsi ilə Alisa Orexova, II-ci yer Arzu Manaflı, III-cü yer və tamaşaçılar seçimi mükafatı isə Mehdi Əli layiq görülüb.

Bakı Piano Festivalı təkcə virtuoz pianoçuların sehri deyil, həm də festivalın özüdür. Burada hər bir tamaşaçı öz sevimlisini tapa bilər: klassik musiqidən tutmuş Braziliya sambasına və flamenkoya qədər istənilən musiqisevər üçün əla seçimdir. Festival iyunun 29-u daxil olmaqla davam edəcək.

Festivalın şüarı: May piano inspire you!

Haştaqlar: #bakupianofest #bakupianofestival

Festivalın veb saytı: https://bakupianofestival.com/

Biletlər: https://iticket.az/ru/events/3rd-baku-international-piano-festival

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
12
milli.az

10Mənbələr