AZ

NATO Rusiya ilə bağlı hərəkətə keçdi: "Mövqeyini dəyişməsə..."

NATO ölkələri Rusiyaya dəstək verdiyi iddiası ilə Çinə qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Çin həm Rusiya, həmçinin Qərblə yaxşı münasibətlər saxlamaqla iki stulda oturmağa çalışır. Pekin kursu dəyişməsə, alyansın müttəfiq ölkələri iqtisadi tədbirlər görməyə məcbur olacaqlar, - NATO-nun baş katibi hədələyib.

Bundan əvvəl Stoltenberq Çini həm Rusiya, həm də Qərblə eyni vaxtda ərəflər arasında münaqişə olmasına baxmayaraq dost olmağa çalışmaqda günahlandırmışdı.

Şimali Atlantika Alyansının baş katibinin sözlərinə görə, Çin hələ də Ukrayna ilə münaqişədə Rusiyanın əsas dəstəkçisi olaraq qalır. Bununla belə, Pekin Qərb dövlətləri ilə münasibətləri korlamamağa çalışır.


Müəllif: Əsəd Məmmədəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
teleqraf.com

10Mənbələr