Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.
Sport24.az xəbər verir ki, cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb.
Azərbaycan millisi dünyada 6-cıdır. Yığmamızın hesabında 353,841 xal var.
Cədvələ Kanada başçılıq edir – 694,993. Fransa (456,178), Çin (425,053), Almaniya (397,739) və Niderland (374,267) da millimizi qabaqlayır.
Qeyd edək ki, ötən cədvəldə 5-ci olan millimiz Niderlandı özündən önə buraxıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta