AZ

Mbappe bu matçları buraxacaq

AVRO-2024-ün qrup mərhələsinin I turunda Avstriya millisi ilə oyunda burnu qırılan Fransa yığmasının hücumçusu Kilian Mbappe Niderland və Polşa ilə matçları buraxacaq.

"Unikal"" xəbər verir ki, bu barədə "Le Fiagro" məlumat yayıb.

Qrup mərhələsinin qalan iki matçında meydana çıxmayacaq 25 yaşlı forvard yalnız pley-offda qoruyucu maska vasitəsilə komandasına kömək edə biləcək. K.Mbappe sınmış burnunun əməliyyatından imtina edib.

Qeyd edək ki, ötən gün baş tutan Avstriya - Fransa matçı ikincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
5
unikal.az

7Mənbələr