AZ

Ramos karyerasını Ərəbistanda davam etdirəcək

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo müdafiəçi Serxio Ramosu Səudiyyə Ərəbistanı klubunda görmək istəyir.

Apasport.az AS-a istinadən xəbər verir ki, 38 yaşlı futbolçunun transferində klubun idman direktoru Fernando Yerro da maraqlıdır. Təcrübəli futbolçunu Türkiyə və MLS klubları da heyətinə qatmaq istəyir.

"Sevilya" Ramosun müqaviləsinin başa çatması ilə əlaqədar klubdan ayrıldığını açıqlayıb. Son 2023/2024 mövsümündə müdafiəçi 37 oyuna çıxıb, 7 qol vurub və 1 qolun ötürməsi edib.

Qeyd edək ki, Ramos 2009/2010 mövsümündən 2017/2018 mövsümünə kimi Ronaldo ilə "Real"da çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
apasport.az

2Mənbələr