AZ

ABŞ: "Rusiya ilə Şimali Koreya arasındakı münasibətdən narahatıq"

Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi gündəlik mətbuat konfransında sualları cavablandırıb.

News24.az xəbər verir ki, Kirbi Rusiya prezidenti Vladimir Putinin 18-19 iyun tarixlərində Şimali Koreyaya səfəri ilə bağlı suala "Biz bu səfərdən narahat deyilik. Bizim narahatçılığımız iki ölkə arasındakı əlaqələrin dərinləşməsidir" deyib.

Kirbi iki ölkə arasında münasibətlərin dərinləşməsindən narahat olduqlarını, təkcə Rusiyanın Ukraynadakı hədəfləri vurmaq üçün Şimali Koreya raketlərindən istifadəsinin Ukrayna xalqına vuracağı təsirə görə deyil, həm də bunun Koreya yarımadasının təhlükəsizliyinə təsir göstərməsindən narahat olduqlarını bildirib.

Bölgədə hələ çox ciddi parametrlər görmədiklərini qeyd edən Kirbi, "Amma biz yenə də bunu çox, çox yaxından izləyəcəyik" dedi. 

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
news24.az

2Mənbələr