AZ

İnanılmaz: Bitkilər bir-birlərinə təhlükə barədə belə xəbər çatdırır

Alimlər bəzi bitkilərin problemləri həll etmək üçün kifayət qədər intellektli olduğunu irəli sürüblər.

Publika.az xəbər verir ki, “Plant Signaling and Behavior” jurnalında dərc edilən araşdırmada Şimali Amerikada tapılan “Solidago altissima” bitkisi araşdırılıb.

Böcəklər bu bitkini yeməyə çalışdıqda, onlar kimyəvi maddə ifraz edirlər və yaxşı bir qida qaynağı olmadığını bildirirlər. Ətrafdakı bitkilərin bu dəyişikliyi fərq edə bildiyini təsbit edən tədqiqatçılar, bitkilərin qonşularına təhlükəni bu yolla çatdırdıqlarını irəli sürürlər. Digər bitkinin böcəklərin hücumuna məruz qaldığını anlayan bu bitkilər daha sürətlə böyüyərək və daha çox kimyəvi maddə ifraz edərək özlərini qorumağa çalışırlar.

Tədqiqatçılar bildirir ki, sinir sistemi olmadan buna necə nail olduqlarını öyrənmək üçün bitkilərin qavrayış və öyrənmə prosesləri üzərində daha çox araşdırmaya ehtiyac var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
45
publika.az

10Mənbələr