“Tottenhem” müdafiə xəttini İtaliya millisinin mərkəz müdafiəçisi ilə gücləndirmək istəyir.
Sportinfo.az “Caught Offside”-ə istinadən xəbər verir ki, İngiltərə klubunun gözü gələn mövsüm Çempionlar Liqasında çıxış edəcək “Bolonya”lı futbolçu Rikkardo Kalafioridədir.
Rikkardo hazırda İtaliya yığmasının AÇ-2024-də əsas mərkəz müdafiəçilərindəndir.
Daha əvvəl bildirilmişdi ki, Kalafiori uğrunda mübarizədə favorit Turin təmsilçisi “Yuventus”dur.