AZ

Maştağada avtomobil yol kənarındakı maşınlara çırpılıb, xəsarət alanlar var

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. “BMW” markalı avtomobil idarəetməni itirirək bir neçə avtomobillə toqquşub.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, 1994-cü il təvəllüdlü Məmmədşah Zeynalovun idarə etdiyi BMW marikalı avtomobil idarəetməni itirirək yolun kənarında dayanan “Mercedes”, “Chevrolet” və “VAZ” markalı avtomobillərə çırpılıb.

Nəticədə ikisi azyaşlı olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
50
yenicag.az

10Mənbələr