AZ

"Qarabağ"a keçməyə hazırlaşan futbolçu evləndi

“Qarabağ”ın sabiq futbolçusu Kadi Borqes subaylığın daşını atıb.

Sportnet.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi 28 yaşında ailə həyatı qurub.

Kadi toy mərasiminin videogörüntülərini öz sosial şəbəkələrində paylaşıb. “Qarabağ”ın hədəfində olan futbolçunun keçidi baş tutacağı halda, ölkəmizə ailəsi ilə birlikdə gələcəyi gözlənilir.


Qeyd edək ki, 2021-22-ci illərdə Ağdam klubunun formasını geyinən yarımmüdafiəçi hazırda “Krasnodar”da çıxış etsə də, onun geri qayıtması ilə bağlı danışıqlar aparılır.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
9
sportnet.az

10Mənbələr