AZ

Millimiz “BRİCS Sports Games Kazan 2024”də tam heyətlə çıxış edəcək » AzadMedia.az


Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Tatarıstanın paytaxtı Kazana yollanıb. Yığmamız “BRİCS Sports Games Kazan 2024” beynəlxalq multi-idman yarışında iştirak edəcək.

Turnirdə komandamız tam heyətlə mübarizə aparacaq. Məşqçilər korpusu BRİCS Sports Games Kazan 2024”də Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə (54 kq), Ümid Rüstəmov (57 kq), Maqsud Xasmetov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Cavid Çələbiyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Fəqan Məmmədov (80 kq), Seyid Seyidov (86 kq), Vətən Hüseynli (92 kq) və Yohannes Nuriyevə (+92 kq) şans verəcək.

Qeyd edək ki, multi-idman yarışında boks yarışları iyunun 19-22-də keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
7
azadmedia.az

10Mənbələr