AZ

Qərb Ermənistandan Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibədə alət kimi istifadə edir - Rusiya XİN

Bakı. Trend:

Qərb Ermənistandan Cənubi Qafqaz ölkələrinə qarşı hibridmüharibədə alət kimi istifadə edir.

Trend xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirininmüavini Mixail Qaluzin “Komsomolskaya Pravda” qəzetinəmüsahibəsində bildirib.

Nazir müavininin sözlərinə görə, Qərbin məqsədi erməni“platformasından” istifadə edərək regionda növbəti gərginlikmənbəyi yaratmaqdır.

“Qərb paytaxtlarında bu respublikanın sosial-iqtisadivəziyyətini və təhlükəsizliyini sakitcə təhlükə altına atmağahazırdırlar. ABŞ, Avropa İttifaqı və NATO nümayəndələri İrəvanıMoskva ilə bütün əlaqələri kəsməyə çağırır və onu bizim ümumiinteqrasiya birliklərimizdən çıxarmağa çalışırlar”, - deyəM.Qaluzin qeyd edib.

Diplomatın vurğuladığı kimi, Moskva dəfələrlə və müxtəlifsəviyyələrdə narahatlıq doğuran məsələləri müzakirə etməyə hazırolduğunu İrəvana çatdırıb.

“Eyni zamanda, müxtəlif təşəbbüslərimizə heç bir cavabalmamışıq. Ümid edirik ki, Ermənistan rəhbərliyi Qərbin vədlərininillüziya mahiyyətini, həmçinin respublikanın suverenliyi,təhlükəsizliyi və iqtisadi inkişafı baxımından Rusiya iləmünasibətlərin kritik əhəmiyyətini dərk etmək üçün kifayət qədərsiyasi müdrikliyə malik olacaq”, - deyə Rusiya xarici işlərnazirinin müavini əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
7
az.trend.az

8Mənbələr