AZ

"Artıq öz addımlarımla yeriyə bilmə xoşbəxtliyinə nail olmuşam"

"Bütün xəstəliklərin ağrı-acılarına qalib gəlmək mümkündür. Amma bir insanın hərəkəti, yeriməyi, əli-ayağı məhdudlaşanda çox çətin olur. Bu, aktyor tayfası üçün isə böyük bəladır". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu "Elgizlə izlə" verilişində deyib. O, artıq bir müddətdir əsadan istifadə etmədiyini açıqlayıb:

 

"Öz mədəniyyəti ilə bizə, sizə xidmət edən, öz tərbiyəsi ilə "halal olsun" sözünü qazanan, öz kişiliyi ilə ailəsinin, dostlarının, tanışlarının hər zaman üzünü ağardan aktyorları, incəsənət insanlarını itirmişik. Mən çox kövrəlirəm ki, gör, biz kimləri itirmişik. Sizə açıq etiraf edim ki, meydan çox bayağılaşıb.

 

Əsa ilə gəzirdim. Onu artıq atıb, buraya öz addımlarımla gəlmək istəyirdim. Artıq öz addımlarımla yeriyə bilmə xoşbəxtliyinə nail olmuşam. 5 gündür ki, əsasız gəzirəm". 

 

Qeyd edək ki, A.Bəşirqızı səhhətində olan problemə görə uzun müddət səhnədən uzaq qalıb. O, ötən il sözügedən tamaşa ilə səhnəyə qayıtmışdı.

Tarix: 18 İyun 2024, 11:48   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
3
pravda.az

6Mənbələr