AZ

BMT üzvü olan ölkələr öz öhdəliklərini yerinə yetirməlidir - Kelli Uels

Bakı.TurkicWorld :

İqlim dəyişikliyinin qarşısının alınması üçün birgə addımlar atılmalı, bu sahəyə investisiya ayırılmalıdır.

TurkicWorld -in məlumatına görə, bunu jurnalistlərə "Sağlam Gələcəklərin Proqnozlaşdırılması" təşkilatlarının idarəedici direktoru Kelli Uels deyib.

O qeyd edib ki, bu gün dünyada 3 milyarddan çox insan iqlim dəyişikliyindən əziyyət çəkir.

"İqlim dəyişikliyi bütün sahələrə mənfi təsir göstərir".

O bildirib ki, bunun qarşısının alınması üçün birgə addımlar atılmalıdır:

"Bu sahəyə investisiya ayırılmalıdır. Həmçinin, BMT üzvü olan ölkələr öz öhdəliklərini yerinə yetirməlidir", - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda COP29-dan dan qabaq hər il keçirilən "Sağlam Gələcəklərin Proqnozlaşdırılması" Qlobal Sammiti işə başlayıb. Sammitin məqsədi səhiyyə sahəsində qazanımların, iqlim dəyişikliyi kontekstində, dünyada ən həssas icmalara diqqət yetirməklə qorumaq və genişləndirməyə dəstək olmaqdır.

Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu-Dabidə baş tutmuş sammitin uğuruna əsaslanacaq.

Əlavə edək ki, "Sağlamlıq Günü"nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq Abu-Dabidəki sammitdə elan edilmişdi. Bu il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar və çağırışları müzakirə etmək üçün bir araya gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
turkic.world

3Mənbələr