AZ

Hacıqabulda altı fermadan oğurluq: dəstə üzvləri saxlanılıb

Zərərçəkənlərə 10 min manata yaxın maddi ziyan vurulduğu müəyyənləşib
Hacıqabulda fermalardan oğurluq edən şəxslər saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən altı fermadan metal qurğular oğurlayan Süleyman Ağayev, Tural Yusifov və Pərvin Qurbanov saxlanılıblar.
Araşdırmalar zamanı adıçəkilən şəxslərin zərərçəkənlərə 10 000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
24
ayna.az

10Mənbələr