AZ

ÜST rəhbəri: İqlim böhranı həm də səhiyyə böhranıdır

İqlim böhranı əslində, həm də səhiyyə böhranıdır. İqlim dəyişikliyinin intensivliyinin yüksəlməsi insan sağlamlığına təsirsiz ötüşmür.

Bizim.Media xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Bakıda keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitinin açılış mərasimində  video-müraciəti zamanı deyib.

O bildirib ki, COP29 çərçivəsində də iqlim dəyişikliyinin səhiyyə sektorunda yaratdığı böhranlar və həll yolları müzakirə ediləcək.

ÜST rəhbəri vurğulayıb ki, təşkilat Azərbaycanla yaxından əməkdaşlıq edir.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
7
bizim.media

8Mənbələr