AZ

Xudatda narkotik dövriyəsində şübhəli bilinən 2 nəfər saxlanıldı » AzadMedia.az


Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Bakı şəhər sakinləri Xəyal Məcidov və Xəyal Zülfüqarov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, onlardan psixotrop maddə metamfetamin və metadon həbləri aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Seçilən
124
11
azadmedia.az

10Mənbələr