AZ

Rumıniya Ukraynanı 3:0 məğlub etdi

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında daha bir oyun baş tutub.

Lent.az xəbər verir ki, E qrupunun ilk oyununda Rumıniya millisi Ukrayna ilə üz-üzə gəlib.

Qarşılaşma rumınların qələbəsi ilə bitib - 3:0.

26-cı dəqiqədə Nikolae Stanku, 53-cü dəqiqədə Razvan Marin, 57-ci dəqiqədə Denis Draquş fərqləniblər.

E qrupunun Belçika - Slovakiya görüşü bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


BiG.Az
Seçilən
127
big.az

1Mənbələr