AZ

Bu maşınlar sürətlə gözdən düşür: Qiymətlər kəskin ucuzlaşacaq

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, yanacaqla çalışan nəqliyyat vasitələrinə marağın azalaması dövrün tələbidir:
 
"Ümumiyyətlə, dünyada belə bir tendensiya hökm sürməkdədir və artıq bunun qarşısını almaq mümkünsüzdür. Dünya sürətlə benzin və dizel yanacağı ilə istehsal olunan nəqliyyat vasitələrindən imtina edir. Hibrid və elektromobil avtomobillərə keçid günün və dövrün reallığıdır. Bu proses eyni zamanda Azərbaycanda vüsət alıb. Bildiyiniz kimi, elektromobil və hibrid avtomobillərə gömrük və aksiz rüsumlarında güzəştlər tətbiq olunur. Bu özlüyündə xüsusən topdan satış vəolan iş adamları üçün olduqca cəzbedicidir. Eyni zamanda artıq həm elektromobillərin işləmə mexanizmi, dizayn imkanları, atmosferə təsiri və bütün bunların hamısı avtomobil bazarına müsbət mənada təsir edir. Bu baxımdan həm də ekonomik nöqteyi-nəzərindən cəzbedici olduğuna görə bu bazara keçid sürətlənib. Buna görə də bu təbii prosesdir". 
 
 
Ekspert bu tendensiyanın avtomobil bazarına da təsir edəcəyini qeyd edib:
 
"Bu proses benzin və digər yanacaqla idarə olunan nəqliyyat vasitələrinin qiymətinin müəyyən mənada ucuzlaşmasına da gətirib çıxara bilər. Amma maya dəyəri və maya dəyərinin üzərindən qazanc deyilən bir şey var və bu da özhazırki durumda satış bazarına çox cüzi təsir göstərəcək, amma biz zamanla benzin və dizel maşınların daha da ucuzlaşmasını müşahidə edə biləcəyik". Bu maşınlar sürətlə gözdən düşür: Qiymətlər kəskin ucuzlaşacaq
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
8
moderator.az

2Mənbələr