AZ

Taekvondoçumuz klublararası Avropa çempionatında gümüş medal qazanıb

Bakı. Trend:

Albaniyanın paytaxtı Tiranada taekvondo üzrə klublararası Avropaçempionatı keçirilib.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, yarışda Azərbaycanın “Alpman” klubununtaekvondoçusu fəxri kürsüyə yüksəlib.

46 kq çəki dərəcəsində mübarizə aparan Səlimə Quliyeva Avropaçempionatını gümüş medalla başa vurub. Millimizin də şərəfiniqoruyan idmançı 1/8 finalda Maria Maqdalini Mitiliniounu(Yunanıstan) 2:0 hesabı ilə məğlub edib. O, ardınca Eşli Laytfuta(Böyük Britaniya) da eyni hesabla qalib gəlib. Quliyevayarımfinalda Lilli Ettelbryuka (Almaniya) da gücünü göstərib –2:0.

Taekvondoçumuz finalda türkiyəli Nazlı Kesginlə qarşılaşıb.Gərgin keçən döyüş rəqibin xeyrinə (2:0) yekunlaşıb. Nəticədətaekvondoçumuz yarışı gümüş medalla bitirib.

Seçilən
156
10
az.trend.az

10Mənbələr