AZ

Avropanın hərbi xərclərinin üçdə ikisi sifarişlər üçün ABŞ-a gedir -YENS STOLTENBERQ

Avropa ölkələrinin müdafiə xərclərinin üçdə ikisi ABŞ-dan yeni sifarişlərə gedir ki, bu da son iki ildə 140 milyard dollar təşkil edib.

 

Trend-in məlumatına görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda Vudro Vilson Mərkəzində çıxışı zamanı deyib.

 

"Bu gün NATO-nun 20-dən çox ölkəsi müdafiəyə 2 faizdən çox pul xərcləyir. Və bu pulun böyük hissəsi ABŞ-a gedir. Son iki ildə bu vəsaitin üçdə ikisi ABŞ-dakı hərbi sifarişlərə yönəldilib, onların həcmi təxminən 140 milyard dollar təşkil edib” - deyə Stoltenberq NATO-nun ABŞ üçün əhəmiyyətini kütləyə sübut edərkən bildirib.

 

O qeyd edib ki, balistik raketlər, strateji sualtı qayıqlar və beynəlxalq terrorizm əsrində Atlantik okeanı Amerikanı qoruya bilməz, buna görə də ABŞ-ın Avropadakı hərbi müttəfiqlərinə ehtiyacı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
12
senzor.az

10Mənbələr