AZ

Azərbaycanda nazir müavini işdən çıxdı, ABŞ-a köçdü

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev vəzifəsindən azad edilib.

Axar.az TNS-a istinadla xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

Qeyd edək ki, Nicat Babayev 2019-cu ildən 2023-cü ilin mart ayınadək əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. Ötən il martın 16-da Ceyhun Cəlilov nazir, Nicat Babayev isə nazir müavini təyin edilmişdi.

Nicat Babayevin ABŞ-yə köçdüyü bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
8
axar.az

9Mənbələr