AZ

Bu gün NATO-nun 20-dən çox ölkəsi...

Avropa ölkələrinin müdafiə xərclərinin üçdə ikisi ABŞ-yə yeni sifarişlərə gedir ki, bu da son iki ildə 140 milyard dollar təşkil edib.

“İki sahil” "Independent"ə istinadla xəbər verir ki, bunu Vaşinqtonda Vudro Vilson Mərkəzində çıxışı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Bu gün NATO-nun 20-dən çox ölkəsi müdafiəyə 2%-dən çox pul xərcləyir. Və bu pulun böyük hissəsi ABŞ-yə gedir. Son iki ildə bu vəsaitin üçdə ikisi ABŞ-dəkı hərbi sifarişlərə yönəldilib, onların həcmi təxminən 140 milyard dollar təşkil edib”, - Stoltenberq qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
ikisahil.az

2Mənbələr