AZ

Cüdoçularımız 1-ci oldular - Avropa Kuboku

Azərbaycan cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunda medal əyarına görə ilk sırada yer alıblar.

Prosport.Az xəbər verir ki, milli komanda iki günün nəticəsinə əsasən, 4 qızıl, 1 gümüş və 3 bürünc mükafat qazanaraq ümumi hesabda və kişilər arasında birinci yeri tutub.

Yarışın ikinci günündə Məhərrəm İmamverdiyev (81 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İmran Yusifov qızıl, Camal Feyziyev (hər ikisi +100 kq) bürünc medal əldə edib.

Ruslan Nəsirli (100 kq) yarışı 7-ci yerdə tamamlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
38
prosport.az

10Mənbələr