AZ

ASKBiləsuvarda yem bitkilərinin sahəsi 3 min hektardan çox artırılıb

Cari il Biləsuvar rayonunda yem bitkilərinin sahəsi xeyli artırılıb.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, əkin sahələri 3 min hektardan çox artırılaraq 11 min hektarı keçib. Belə ki, ötən il bu rəqəm 8 minə yaxın olub.

Fermerlərin sözlərinə görə, yem bitkilərinin əsasını yonca təşkil edir. Əkin sahələri artırılsa da, məhsuldarlıq iki dəfəyə yaxın azalıb. Bunun səbəbi bu il havaların qeyri-sabit keçməsidir.

Fermerlər qeyd edib ki, artıq yonca bitkisinin ikinci biçini başlayıb.

Ot bağlamalarının qiyməti 4-4,5 manat arasında dəyişir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
4
far.az

5Mənbələr