AZ

Putin Şimali Koreya və Vyetnama gedir

Rusiya Prezidenti Vladimir Putin iyunun 18-19-da Koreya Xalq Demokratik Respublikasına, iyunun 19-20-də isə Vyetnam Sosialist Respublikasına səfər edəcək.

 

Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Rusiya Prezidentinin KXDR-ə dövlət səfəri ölkə rəhbəri Kim Çen İnin dəvəti ilə baş tutacaq.

 

Hanoyda isə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Nquyen Phu Tronq, Prezident To Lam, hökumətin Baş naziri Fam Min Tin və Milli Assambleyanın Sədri Tran Than Man ilə görüşlər keçiriləcək.

 

“Rusiya ilə Vyetnam arasında ticarət-iqtisadi, elmi, texnoloji və humanitar sahələrdə hərtərəfli strateji tərəfdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivlərinin müzakirəsi, həmçinin beynəlxalq və regional aktual məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır”, - məlumatda vurğulanır.

 

Bundan əlavə, bir sıra ikitərəfli sənədlər imzalanacaq və danışıqların yekunu üzrə birgə bəyanat qəbul olunacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
5
senzor.az

6Mənbələr