AZ

Bərdədə altı uşaq xəstəxanalıq oldu - YENİLƏNİB

Bərdədə altı uşaq xəstəxanalıq oldu - YENİLƏNİB

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.***Bərdə rayonunda 6 azyaşlı qidadan zəhərlənib.Hadisə iyunun 17-si saat 01 radələrində rayonun Zümürxan kəndində baş verib.2015-ci il təvəllüdlü A.Paşayeva, onun 6 və 8 yaşlı bacıları, 2 yaşlı qardaşı H.Paşayev, eləcə də onlara qonaq gəlmiş 2018-ci il təvəllüdlü M.Əhmədova və 2021-ci il təvəllüdlü X.Hüseynli qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib.Azyaşlılardan H.Paşayev və M.Əhmədovanın vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.Faktla bağlı araşdırma aparılır.

Seçilən
112
33
afn.az

10Mənbələr