AZ

Gürcüstanda festivalda Azərbaycan xalçaları, musiqi alətləri, geyimləri nümayiş etdirilib FOTO

Gürcüstanın paytaxtı Tbilisidə “Mənim rayonum” multikultural festivalı keçirilib.

Festivalda Azərbaycan mədəniyyətini əks etdirən "Azərbaycan stendi" quraşdırılıb.

Tədbirdə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mizeyi də təmsil olunub. Muzeyin kollektivi "Azərbaycan guşəsi" yaradıb.

Guşədə Azərbaycanın mədəniyyət, incəsənət və tarixinə dair nümunələr - Qarabağ və Borçalı xalçaları, milli musiqi alətləri, geyimlər nümayiş etdirilib.

Tədbir çərçivəsində Krtsanisi rayonunun İoseb Qrişaşvili adına parkın ərazisi qədim Tbilisinin atributları ilə bəzədilib.

Bu ərazidə yaşayan gürcü, abxaz və digər xalqların nümayəndələri də milli güşələr təşkil ediblər.

Krtsanisi rayonunun məktəbliləri və peşəkar aktyorlar köhnə Tbilisi həyətini yeni teatrlaşdırılmış tamaşa ilə canlandırıblar.

Həmçinin burada məktəblilərin “Multikultural Tbilisi” mövzusunda çəkdikləri rəsmlər sərgilənib.

Sərgi çərçivəsində maraqlı konsert proqramı da təşkil olunub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
5
news365.az

6Mənbələr