AZ

Ermənistanda müxalifətin mitinqi keçirilir

Ermənistanın paytaxtı İrəvanda parlament binası yaxınlığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən naminə Tavuş” hərəkatının mitinqi keçirilir.Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

"İyunun 12-də polislə toqquşmalarda xəsarət alanların hamısına xəstəxanalarda baş çəkmişəm. Hamımız ölkənin çevrildiyi böyük həbsxanadayıq”, - Qalstanyan mitinqdə bildirib.

İyunun 12-də aksiya zamanı polislə müxalifətçilər arasında toqquşma olub, etirazçılar xüsusi vasitələrdən istifadə edib. 90-dan çox insan kömək üçün tibb müəssisələrinə müraciət edib. Kütləvi iğtişaşlarda iştirak maddəsi ilə 8 nəfərə qarşı cinayət işi açılıb.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
12
anews.az

10Mənbələr