AZ

Putin müdafiə nazirinə yeni müavinlər təyin edib

Rusiya Prezidenti Vladimir Putin müdafiə nazirinə yeni müavinlər təyin edib.

Olaylar.az report.az-a istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

Leonid Qornin müdafiə nazirinin birinci müavini, Anna Çivileva və Pavel Fradkov isə nazir müavinləri təyin edib.

Bundan əvvəlki sərəncamla Nikolay Pankov, Ruslan Çalikov, Tatyana Şevtsova və Pavel Popov müdafiə nazirinin müavini vəzifələrindən azad edilib.

Beləliklə, müavinlərin sayı 12-yə çatıb. Bundan əvvəl nazirlik rəhbərinin 11 müavini olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
36
olaylar.az

10Mənbələr