Vladimir Putinin Türkiyəyə səfər vədi qüvvədə qalır.

Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə əsasən, Putinin gələcək perspektivdə Türkiyəyə səfər etmək planları qüvvədə qalır.

"Səfərin özü gündəmdədir. Bizim Ankara və ya İstanbula səfərlə bağlı vədlərimiz təbii olaraq qüvvədədir", - deyə Kreml rəsmisi vurğulayıb.

Leqal.info