Türkiyəli aktrisa Hande Erçelin bu il qazandığı məbləğ bəlli olub.
Aktrisa 6 ay ərzində 40 milyon lirə (təxminən 2 milyondan çox) əldə edib. Buraya Handenin rol aldığı ekran işləri ilə yanaşı, çəkildiyi reklamlardan gələn gəlirlər də daxildir.
O, çimərlik geyimi markasından 10 milyon lirə , dezodorant reklamından 7 milyon lirə, zərgərlik şirkəötindən isə 20 milyon lirə qazanıb. Bu müddətdə bir çox festival və tədbirdə iştirak edən Hande hər birindən 100 ilə 150 min dollar arasında gəlir əldə edib.