AZ

Bu ölkədə müəllimlərin maaşı kəskin artırılır


Gürcüstan hökuməti 2024-cü ilin iyul ayından ölkə məktəblərində çalışan müəllimlərin maaşlarını orta hesabla 500 lari (174 dollar) artırmaq qərarına gəlib.

Musavat.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.
Onun sözlərinə görə, ümumilikdə, dövlət məktəblərində 52 min müəllim çalışır: “Bu da bütün kontingentin 70 faizini təşkil edir. Müəyyən kateqoriyalı müəllimlərin maaşı ən azı 500 lari (279 dollar) və ya daha çox artacaq”.

Siyasətçinin sözlərinə görə, müəllimlərin daha 25%-nin maaşı 300 lari (105 dollar), bəzilərininki isə 200 lari (70 dollar) artacaq.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
4
musavat.com

4Mənbələr