AZ

Rusların Xocalıda gizli obyekti aşkarlandı - VİDEO

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk etsə də, onun izləri hələ də ölkəmizdə qalmaqdadır.

Turkustan.az xəbər verir ki, Xocalı aeroportunda rus əsgərlərə məxsus gizli obyekt aşkarlanıb. Həmin obyekt rus hərbçilərin istirahət mərkəzi imiş. Görünür, onlar Azərbaycanda hələ uzun müddət qalacaqlarını düşündüklərinə görə özləri üçün bu cür istirahət məkanı düzəldiblər.

"Sülhməramlılar buranı alınmaz qalaya çevirmişdilər. O qala indi də qalır. Amma sülhməramlılarsız. Rus hərbçilərindən geri qalan budur", - deyə reportajda qeyd olunur.SEO Xidməti

Ərazidə kilsə və məscidin fəaliyyət göstərdiyi vurğulanır. Bildirilir ki, məscidin olması sülhməramlı kontingentin tərkibində müsəlman əsgərlərin də xidmət göstərməsi ilə bağlıdır.

İTV-nin bununla bağlı hazırladığı reportajı təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
24
turkustan.az

10Mənbələr