AZ

Çexiyada poliqonda partlayış: 9 hərbçi yaralandı

Çexiyanın şərqindəki Libavada hərbi poliqonda partlayış nəticəsində doqquz hərbçi yaralanıb.

Bizim.Media TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “lidovky.cz” internet portalı məlumat yayıb. 

Mənbə yazır ki, Olomouts şəhər xəstəxanasının nümayəndəsi Adam Fritşer bildirib ki, yaralılardan dördü Olomouts xəstəxanasına, dördü isə hərbi hospitala aparılacaq. Bir nəfərə isə yerindəcə yardım göstərilib.
Partlayış haqqında məlumatı daha əvvəl Çexiya ordusu “X” hesabında bildirib.

Hərbi poliqon Olomouts şəhərinin yaxınlığında yerləşir və 1949-cu ildən istifadə edilir. Onun sahəsi 235,5 kilometrdir.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
2
bizim.media

4Mənbələr